Mobil versiya
Kərim Vəliyev: Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir
Tarix: 26-04-2024 | Saat: 11:57
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kərim Vəliyev:

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin növbəti silahlı təxribatının qarşısını alaraq, əks-həmlə əməliyyatı keçirdi.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatıb:

“Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, atəşkəs rejimi elan olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli memoranduma əsasən, yaradılmış Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi, Qarabağ İqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəmədi”.

Baş Qərargah rəisi qeyd edib ki, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə 2023-cü il sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı: “Bu səbəbdən, Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası Sülhməramlı Kontingentinin də ölkə ərazisindən tam çıxardılması prosesinə başlanılıb. Regionda sülhün və sabitliyin rifahı naminə, vicdanlı və cəsarətli xidmətlərinə görə, Türkiyə və Rusiya hərbi qulluqçularına xüsusi təşəkkürümü bildirir, onlara gələcək xidmətlərində uğurlar arzu edirəm”.APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024