Mobil versiya
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab: “Açıq siyasi sifarişdir”
Tarix: 26-04-2024 | Saat: 12:43
Bölmə:Siyasət / Karusel | çapa göndər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab:

“Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib”.

aia.az-ın məlumatına görə, bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli qətnamə qəbul etməsinə dair bəyanatında yer alır.

Qeyd olunur ki, bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil:

“Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri, sadəcə, Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar.

Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti, həmçinin, diqqəti Avropa cəmiyyətinin, həqiqətən, aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır.

Bundan əlavə, Azərbaycana qarşı sanksiya çağırışları yalnız Azərbaycan və Avropa ittifaqı arasında münasibətləri mürəkkəbləşdirir”.

“Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq”, - deyə XİN-dən bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024