36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb
Tarix: 26-04-2024 | Saat: 09:00
Bölmə:Təhsil | çapa göndər
Fəaliyyət sahəsinə dünyada İsveç haqqında məlumatların yayılması, mədəniyyət, təhsil, elm sahələrində beynəlxalq əlaqələrin təşkili daxil olan İsveç İnstitutu hər il əcnəbi tələbələrin İsveç universitetlərində magistr təhsili alması üçün təqaüd ayırır. 2024-2025-ci tədris ilində Afrika, Asiya, Şərqi Avropa və Latın Amerikasının 35 ölkəsindən çox sayda gənc təqaüd alıb. Bu il təqaüdçülər üçün ayrılan büdcənin məbləği 16 milyon dollardır.
aia.az xəbər verir ki, təqaüd alanlar arasında İsveçin aparıcı universitetlərində təhsil alacaq Azərbaycandan olan 36 tələbə də yer alır.
İsveç İnstitutunun qlobal peşəkarlar üçün təqaüdü (Swedish Institute Scholarships for Global Professionals) öz ölkələrində və regionlarında demokratik, bərabərhüquqlu və dayanıqlı cəmiyyət yaratmaq üzərində işləmək istəyən gələcək dünya liderlərini dəstəkləmək məqsədi daşıyır. Təqaüdçülər akademik nailiyyətlərinə, peşə və liderlik təcrübələrinə, həmçinin davamlı inkişafa töhfə vermək potensialına görə seçilir.
Ən populyar təhsil sahələri sosial elmlər, mühəndislik, texnologiya və tibb elmləridir.
“İsveç dünyanın qalan hissəsi ilə ticarət və əməkdaşlığa əsaslanan, kiçik və ixracatdan asılı olan ölkədir. Təqaüd proqramımız İsveç və dünya ölkələri arasındakı əlaqələri gücləndirmək üçün mühüm vasitədir. İsveçdə təhsil almaqla bu istedadlar əlavə bacarıqlar, dünya miqyasında davamlılığı təşviq edən daha dərin anlayışlar əldə edir və əlbəttə ki, İsveç haqqında biliklərini genişləndirirlər. Yeni təqaüdçülərlə səmərəli əlaqələr quracağımıza ümid edirik”, - deyə İsveç İnstitutunun baş direktoru Madlen Şöstedt bildirib./azertac
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024