Ana Sayfa > Manşet / Gündəm > Mikayıl Cabbarov:
Mikayıl Cabbarov:8-05-2019, 14:02. Yazar: sevinc1 |
“2019-cu ilin ilkin nəticələrinə görə, yanvarın 1-dən qüvvəyə minmiş vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”. Modern.az-ın məlumatına görə, bunu İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib. “Bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib”. Nazir qeyd edib ki, 2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər plan-proqnozdan daha yüksək olub: “Həm neft, həm də qeyri-neft sektorundan büdcəyə ödənilən vergilərin həcmi həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-proqnozdan daha yüksək olub. Biz I rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq. Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir”. M.Cabbarov deyib ki, islahatların ilkin nəticələrini müşahidə etməkdəyik: “Sevindirici hal ondan ibarətdir ki, müsbət tendensiya vergi ödəyicilərilə nazirlik arasında münasibətlərdə də öz əksini tapır”. aia.az Geri dön |