Mobil versiya
Rusiyalı general: “Ağdamda monitorinq mərkəzi üç ölkə hərbçilərinin uğurlu əməkdaşlığının nümunəsidir”
Tarix: 26-04-2024 | Saat: 12:27
Bölmə:Gündəm / Manşet | çapa göndər

Rusiyalı general:

“Monitorinq Mərkəzi üç il ərzində üç ölkənin hərbçilərinin Azərbaycan torpağında daimi sülh naminə uğurlu əməkdaşlığının nümunəsi olub”.

aia.az-ın xəbərinə görə, bunu həmin rayonda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması ilə əlaqədar təşkil olunan tədbirdə çıxış edən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-polkovnik Sergey İstrakov deyib.

General-polkovnik qeyd edib ki, mərkəzin fəaliyyəti dövründə Rusiya və Türkiyə sülhməramlıları atəşkəs rejiminə əməl olunmasına etibarlı nəzarət sistemi qurmağa müvəffəq olublar:

“Rusiya və Türkiyə sülhməramlıları müsibətlər görmüş torpaqlarda əmin-amanlığın yaranması üçün möhkəm təməl qurublar. Qarşıya qoyulan bütün vəzifələr Rusiya və Türkiyədən olan həmkarlar tərəfindən işgüzar, dostluq şəraitində həll olunurdu”.

General bəyan edib ki, qarşılıqlı hörmət, beynəlxalq humanitar hüquq əsasında fəaliyyət göstərən mərkəzin uğurlu işi sülhməramlı əməliyyatı vaxtından əvvəl bitirməyə və Rusiya sülhməramlı kontingentin Azərbaycanın Qarabağ iqtisadi zonasından çıxarmağa imkan yaratdı./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024