Mobil versiya
Çimərliklərdə boğulma hallarının artma səbəbləri açıqlandı
Tarix: 5-07-2017, 16:31 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Çimərliklərdə boğulma hallarının artma səbəbləri açıqlandı



İyulun 5-nə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 26 nəfəri xilas edib.

Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib.
O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 4 nəfər olub:

“Ümumilikdə çimmək üçün müəyyən olunmuş ərazilərdə suda batma halı qeydə alınmayıb. Gündəlik kütləvi informasiya vasitələrində verilən suda batma hallarına gəlincə, onlar qeyri-çimərlik ərazilərində baş verib”.

E.Həsənov suda batma hallarının başvermə səbəblərinə də aydınlıq gətirib:

“Vətəndaşların küləkli hava şəraitində, günün qaranlıq saatlarında suya daxil olması, qeyri-çimərlik ərazilərdə çimmələri nəticəsində suda batma, boğulma halları baş verir”.

Qurum rəsmisi çimərliklərdə təhlükəsizlik qaydalarını da açıqlayıb:

Çimərlikdə təhlükəsizlik qaydaları

Çimərlikdə qadağandır:
- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- Küləkli havada dənizə girmək!
- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
- Suda kobud hərəkətlər etmək!
- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!
- Çimərliyə ev heyvanlarını gətirmək!
- Çimərlikdə balıq tutmaq!
- Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!
- Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!

Yadda saxlayın!

- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!
- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

AİA.az



5375 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930