Ana Sayfa > Gündəm > Çimərliklərdə boğulma hallarının artma səbəbləri açıqlandı
Çimərliklərdə boğulma hallarının artma səbəbləri açıqlandı5-07-2017, 16:31. Yazar: admin |
İyulun 5-nə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 26 nəfəri xilas edib. Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov məlumat verib. O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 4 nəfər olub: “Ümumilikdə çimmək üçün müəyyən olunmuş ərazilərdə suda batma halı qeydə alınmayıb. Gündəlik kütləvi informasiya vasitələrində verilən suda batma hallarına gəlincə, onlar qeyri-çimərlik ərazilərində baş verib”. E.Həsənov suda batma hallarının başvermə səbəblərinə də aydınlıq gətirib: “Vətəndaşların küləkli hava şəraitində, günün qaranlıq saatlarında suya daxil olması, qeyri-çimərlik ərazilərdə çimmələri nəticəsində suda batma, boğulma halları baş verir”. Qurum rəsmisi çimərliklərdə təhlükəsizlik qaydalarını da açıqlayıb: Çimərlikdə təhlükəsizlik qaydaları Çimərlikdə qadağandır: - Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək! - Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək! - Küləkli havada dənizə girmək! - Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək! - Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq! - Suda kobud hərəkətlər etmək! - Çimərliyi məişət və digər tullantılarla zibilləmək! - Çimərliyə ev heyvanlarını gətirmək! - Çimərlikdə balıq tutmaq! - Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq! - Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması! Yadda saxlayın! - Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir! - Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır! - Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir! - Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! - Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır! - Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir! - Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir! Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir! AİA.az Geri dön |