4 ay əvvəl yaradılan İntizam Komissiyası yenidən formalaşdırılacaq - SƏBƏB
Tarix: 03-01-2025 | Saat: 10:05
Bölmə:Manşet / Siyasət | çapa göndər
Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. İclasdan sonra deputatlar tətilə çıxıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Payız sessiyası parlament seçkilərindən təxminən 1 ay sonra, sentyabrın 30-da başlayıb. Bu sessiya çərçivəsində 18 plenar iclas, 130 komitə iclası, 1 dinləmə keçirilib, 84 qanun və 32 qərar qəbul olunub.
Parlamentin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası formalaşdırılıb. Bu komissiya deputat tərəfindən Milli Məclisin nüfuzuna, yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır.
Qeyd edək ki, komissiyanın səlahiyyət müddəti 1 il olsa da, sonuncu yaradılan komissiya daha az müddət fəaliyyət göstərəcək. Belə ki, qanunvericiliyə görə, hər il yaz sessiyasının birinci iclasında İntizam Komissiyası yenidən yaradılır. Yəni, VII çağırışın ilk İntizam Komissiyasının ömrü cəmi 4 ay olacaq.
Komissiya üzvləri deputatların sırasından 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.
Maraqlıdır ki, payız sessiyası boyunca İntizam Komissiyasının neçə iclası keçirilib?
aia.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimovsentyabrın 20-dən bu günə qədər heç bir deputat barəsində Komissiyaya müraciət olunmadığını bildirib:
“Sentyabrın 20-dən bu yana işləyirik. İndiyə qədər İntizam Komissiyasına deputatlarla bağlı heç bir şikayət daxil olmayıb. Daxili nizam qaydaları pozulduqda bunun üçün nəsə etmək olur. Lakin heç bir pozuntu halı qeydə alınmayıb”.
O qeyd edib ki, sessiya boyunca komissiyanın sadəcə iki iclası keçirilib, onlardan birində komissiya formalaşdırılıb, digərində ümumi məsələlər müzakirə edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-01-2025
04-01-2025
03-01-2025
02-01-2025