"Yeni Nostradamus"dan proqnozlar:  2025-ci ildə nələr baş verəcək?
Tarix: 03-01-2025 | Saat: 10:08
Bölmə:Manşet / Aia TV | çapa göndər
 
Proqnozlarının düzgünlüyünə görə "Yeni Nostradamus" adlandırılan ekstrasens Kreyq Hamilton-Parker yeni ilin Böyük Britaniya üçün siyasi baxımdan çətin olacağını bildirib.
aia.az oxu.az-a istinadən xəbər verir ki, Parker baş nazir Kir Starmerin hakimiyyətdən uzaqlaşdırılacağını və onun vəzifəsinin müvəqqəti olaraq daxili işlər naziri İvet Kuper tərəfindən icra ediləcəyini iddia edib.
Ekstrasens əlavə edib ki, şahzadə Harri və Meqan Markl bu il boşanacaqlar. Onun sözlərinə görə, britaniyalı aristokrat ABŞ-ni tərk edərək vətəninə qayıdacaq və orada ölkənin ictimai həyatında iştirak etməməyə çalışacaq. Atası Kral III Çarlz onu qucaq açaraq qarşılayacaq və bağışlayacaq. Lakin qardaşı Uilyam ilə barışmaq daha uzun çəkəcək.
Hamilton-Parker xəbərdarlıq edib ki, ABŞ Donald Trampın hakimiyyətə qayıdışı ilə bağlı dramatik hadisələrlə üzləşəcək. O bildirib ki, seçilən prezident avtomobilindən düşərkən güllələnəcək. Lakin Tramp sağ qalacaq və bir çox amerikalılara özünü güclü prezident kimi göstərəcək. Eyni zamanda, Tramp və İlon Mask arasındakı münasibətlər tez bir zamanda pisləşəcək.
O əlavə edib ki, Birləşmiş Ştatları etiraz aksiyaları, köhnə qayda və qanunların ləğvi, Meksika divarının inşası və çoxlu sayda qeyri-qanuni miqrantın ölkədən çıxarılması gözləyir.
aia.az
 
Məlumatlanmaq üçün Facebook səhifəmizi
  
Digər xəbərlər
 
	Xəbəri paylaş
	
 Digər xəbərlər
 31-10-2025
	
17:17 Fədayə Laçına cin girdi   