Mobil versiya
İdmançılarımızla fəxr edirik
Tarix: 27-12-2024 | Saat: 16:32
Bölmə:Özəl | çapa göndər

İdmançılarımızla fəxr edirik

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir və bəzi ölkələrdə, eləcə də Azərbaycanda bu, prioritet sayılır: “Hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır”. Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər. Onlar Qalib ölkənin idmançıları olaraq Azərbaycan dövlət bayrağını qaldırırlar. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Həmçinin, idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Belə ki, tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarına hər birimiz şahidlik etdik. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.
Prezident qalib idmançılarla görüşdə bir daha göstərib ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır. İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.
Gənclərin fiziki tərbiyəsi, bu cəhətdən sağlam gənclər hazırlanması bu gün dövlət quruculuğumuzun ən vacib məsələlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün fəxrlə demək olar ki, respublikamızın hər bir guşəsində aparılan mükəmməl idman işi sayəsində gənclərimiz hər bir çətinliyi dəf etməyə hazırdır. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.
Dövlətimizin rəhbəri bildirib ki, hər ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edilir - dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir.

Bəhruz Ramazanov,
YAP Qusar rayon təşkilatının məsləhətçisi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024