Mobil versiya
Təyyarənin kapitanı qəzadan sonra sağ imiş - AÇIQLAMA
Tarix: 27-12-2024 | Saat: 14:27
Bölmə:Ölkə | çapa göndər

Təyyarənin kapitanı qəzadan sonra sağ imiş

"Qəzadan sonra 29 saniyə zənglə danışdıq".

aia.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan kapitan İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev “Space TV”yə açıqlamasında deyib.

"Danışsam, gərək dastan danışım. O, ən yaxşı pilotlardan biri idi. Hər gəlib düşəndə mənlə danışmamış evə qalxmırdı. Mən təyyarədən qorxurdum, mənə həmişə deyirdi ki, nədən qorxursan?! Sonuncu dəfə onu həftənin bazar ertəsi (qəzadan iki gün əvvəl) görmüşdüm.

Qəza olan günü onunla 29 saniyə danışmışam. Saat 12:29-da ona zəng etdim, telefonumda da var, təsdiq edə bilərəm. Mənə dedi ki, vəziyyətim pisdir. Son sözü o oldu, ondan sonra heç nə demədi. Sonra nə qədər zəng etdim düşə bilmədim", - kapitanın dostu deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024