Mobil versiya
Nazir: Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib
Tarix: 27-12-2024 | Saat: 17:45
Bölmə:Gündəm | çapa göndər

Nazir:

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırma prosesindən danışıb.

aia.az-ın məlumatına görə, o, təyyarənin ən optimal eniş etdiyini vurğulayıb.

“Bunun nəticəsində də təyyarədə olan sərnişinlərin əksəriyyəti xilas edilib. Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var”.

Nazir “Embraer” şirkətinin iki mütəxəssisinin hadisə yerində olduğunu və araşdırma qrupuna cəlb edildiyini əlavə edib:

“Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024