Mobil versiya
Prezident İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşür
Tarix: 27-12-2024 | Saat: 16:05
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin xarici ölkələrə səfəri zamanı diaspor nümayəndələri ilə görüşür

Dünya azərbaycanlılarının həmrəyliyi günü, xalqımızın birlik əzmindən, milli-mənəvi bütövləşmə arzusundan və ümumxalq amallarına sədaqətindən yaranmış bir bayramdır. Bu mühüm gün münasibətilə hər bir soydaşlarımızı təbrik edirəm.
Taleyin hökmü ilə dünyanın dörd bir yanına yayılan soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşması və öz tarixi Vətənləri ilə əlaqələrini gücləndirməsi istəyi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmrəylik hərakatı ilə reallaşmışdır. Ulu öndər tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi, müasir tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Bu birliyin əsasını və ana xəttini azərbaycançılıq ideyası təşkil etmişdir.
Dövlətimizin müdrik siyasəti nəticəsində dünya azərbaycanlıları ilə əlaqələr inkişaf etdirilmiş, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına dəstək verilmiş və soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsi üçün mühüm addımlar atılmışdır. Bakıda Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət qurumunun yaradılması, həmçinin soydaşlarımızın intellektual və təşkilati potensialından faydalanmaq, xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına böyük təkan vermişdir.
Bu proses, Azərbaycanın müstəqilliyi ilə paralel olaraq, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, diaspor siyasəti vahid dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir.
Xalqımız 30 il ərzində Qarabağın işğaldan azad olunacağı və doğma torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşamışdır. Artıq bu həsrət sona çatmış, 50 milyondan çox azərbaycanlı dünyanın müxtəlif ölkələrində Qarabağı azad, Vətəni bütöv görmək kimi müqəddəs arzularına qovuşmuşdur. Vətən Müharibəsi nəticəsində azad edilmiş Qarabağa Böyük Qayıdışın başlanması və azad edilmiş ərazilərin dirçəldilməsi prosesləri həyata keçirilmişdir. Bu imkanı xalqımıza müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz ordumuzla bərabər dünya azərbaycanlılarının birliyi qazandırmışdır.
Bu gün, Cənubi Qafqazın lider dövləti kimi, Azərbaycan Respublikası bu bölgənin geosiyasi mənzərəsinin müəyyənləşməsində söz sahibi olmaqla yanaşı, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə sahibdir. Son illərdə Azərbaycanın hərtərəfli inkişafı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da artırmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı ümumi məqsəd və vahid amal ətrafında birləşdirən milli məfkurə olaraq qəbul olunur. 2001-ci ildə ulu öndərin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayından sonra, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hüquqi əsasları müəyyənləşdirilmiş, yüzlərlə yeni diaspor təşkilatı yaradılmış, ölkənin milli maraqlarının müdafiəsinə yönəlmiş layihələr həyata keçirilmişdir. Həmçinin, Dünya Azərbaycanlılarının Həmrəylik Partiyası qəbul edilərək, diaspor təşkilatlarının fəaliyyətini tənzimləyən konseptual sənəd hazırlanmışdır.
Dəyişən dünyanın yeni reallıqları şəraitində, Azərbaycan diasporunun potensialından daha səmərəli istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixi və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncamlar verilmiş, bir sıra görüşlər keçirilmişdir.
Həmrəylik günü, milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024