Mobil versiya
Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşib
Tarix: 27-12-2024 | Saat: 11:10
Bölmə:Parlament | çapa göndər

Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşib

Milli Məclisin iclasında "Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.

aia.az xəbər verir ki, "Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" bu il dekabrın 10-da Bakıda "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Asian Mining Holding FZ" LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb.

Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində İşlər aparmaq üçün müstəsna hüquq veriləcək.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin İştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar veriləcək.

Sazişə və ya əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə ediləcək.

Qanun layihəsi səsvermədən sonra qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024