Azərbaycan müstəqil xarici siyasət yürüdən bir ölkədir
Tarix: 23-12-2024 | Saat: 10:57
Bölmə:Özəl | çapa göndər
Dövlət başçısı İlham Əliyev müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna mane olmağa çalışan dairələrdən də söhbət açmışdır. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklərini diqqətə çatdırmışdır. Artıq 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyirdi. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi.
Dövlət başçımız Prezident cənab İlham Əliyev rusiyalı jurnalist Dmitri Kiselyova verdiyi müsahibədə güclü və müstəqil Azərbaycanın dövləti başçısı kimi bugünkü dünyada və yaxın regiondakı geosiyasi vəziyyətin, həmçinin yaxın və uzaq keçmişdəki siyasi hadisələrin dərin təhlilinə əsaslanaraq ölkəmizin gələcək mövqeyini ortaya qoymaq baxımından bir daha diqqətçəkən məqamlar ifadə etdi. Bu, ölkəmizin şimal qonşusu və sıx iqtisadi-mədəni əməkdaşlığı olmaqla yanaşı, həm də aralarında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanmış Rusiyanın gələcəkdə Azərbaycandan nə gözlədiyini bir daha bilmək baxımından da diqqəti cəlb edirdi. Rusiyalı jurnalistin “Azərbaycanla Rusiya arasında müttəfiqliyin nə demək olduğu?” – sualına dövlət başçımızın bir çox cəhətdən xarici siyasət prioritetləri üst-üstə düşən tarixən iki qonşu dövlətin müttəfiq olmasının da hər sahədə faydalı olacağını, Rusiyanı narahat edən məsələlərin eyni ilə Azərbaycan Respublikası üçün də aktual olduğunu bildirməsini burada xüsusilə qeyd etmək lazımdır.
Daha sonra Azərbaycanın öhdəliklərindən danışan Prezident bildirib ki, biz üzərimizə düşən bütün öhdəliklərimizə maksimum dərəcədə məsuliyyətlə yanaşırıq və bundan sonra da belə edəcəyik. Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – “detente”. Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir.
Azərbaycan Prezidenti xüsusilə diqqətə çatdırıb ki, Ermənistanın Makron hökuməti tərəfindən öldürücü silahlarla təmin edilməsi ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradır. Eyni zamanda, ABŞ və Hindistanın Ermənistana hərbi dəstəyi regionda gərginliyi artıran amillər kimi diqqətə çatdırılır. Bu cür təhdidlər fonunda Azərbaycanın Ermənistanla sərhəd boyunca yerləşən bölgələrdə məskunlaşan keçmiş köçkünlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməsi qaçılmazdır. Sərhədin miqyasını və bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan üçün təhlükəsizlik məsələləri prioritet olaraq qalır.
Fransanın və digər anti-Azərbaycan siyasət yürüdən qüvvələrin Ermənistanı silahlandırması və ona siyasi dəstək verməsi vaxt itkisindən başqa bir iş deyil. Fransa kimi dövlətlər Cənubi Qafqaza nə qədər əl uzatsalar da, Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq arenada günü-gündən artan nüfuzu onu deməyə əsas verir ki, bu regionda marağı olan güclər mütləq Azərbaycanla hesablaşmalıdır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər