Mobil versiya
İlham Əliyev: Dünyada cərəyan edən mürəkkəb proseslər sülh və əmin-amanlığa ciddi təhdidlər yaradır
Tarix: 23-12-2024 | Saat: 10:59
Bölmə:Siyasət | çapa göndər

İlham Əliyev:

Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır.

aia.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciətində əksini tapıb.

Dövlət başçısı belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsinin vacibliyinə diqqət çəkib.

“Mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür”, - Prezident vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024