Bütün Qarabağda, Zəngəzurda Azərbaycan bayrağı dalğalanır.
Tarix: 23-12-2024 | Saat: 14:27
Bölmə:Siyasət | çapa göndər
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu gün də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Azərbaycanın son 21 ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanın yaratdı. Həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanı kimi tarxə yazıldı. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 21-ci ildönümü ən möhtəşəm qələbəsi oldu. Xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin "Dəmir yumruğ"unun qəti qələbəsidir. Cəmi 23 saat ərzində həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində qazanılan nailiyyət tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir. 21 il öncə andiçmə mərasimində: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir", - deyərək səlahiyyətlərinin icrasını üzərinə götürən cənab İlham Əliyev, əslində, ali dövləti fəaliyyətinin elə ilk günündən Vətən müharibəsinə başlamışdı. Sadəcə, bu savaş 2020-ci il sentyabrın 27-də həlledici hərbi fazaya qədəm qoydu və ciddi hazırlıq Ermənistanın rəsmən təslim olması ilə yekunlaşdı. Nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı və dəqiq bilən cənab Prezident İlham Əliyevin yüksək peşəkarlıqla və qətiyyətlə həyata keçirdiyi strateji plana uyğun olaraq, Qarabağdakı proseslər saat hesabı ilə xeyrimizə dəyişir. Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunub, "boz zona"nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər. Cənab Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll etdi. Azərbaycanı iki əsrdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, "dənizdən-dənizə" xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Beləliklə, həm də Ulu Öndərin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə gerçəyə çevrildi. Xüsusi qeyd etmək lazımdır ki, möhtərəm cənab Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirmişdi. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı. Tarixə nəzər salsaq, görərik ki, erməni millətçi ideoloqlarının və havadarlarının süni yolla yaratdıqları "Qarabağ problemi" iki əsrdən bəri Azərbaycan xalqının milli varlığına, onun malik olduğu tarixi ərazilərinə və dəyərlərinə əsas təhdid və təhlükə olub. Sovet hakimiyyətinin ilk illərində isə Qarabağın böyük bir hissəsinə "muxtar vilayət" statusu verilməklə, faktiki olaraq, bu ərazi Azərbaycanın təhlükəsizliyinə əsas təhdid kimi formalaşdırılmışdır. Yerli azərbaycanlı əhalinin mütəmadi olaraq sıxışdırılması, bölgənin süni və məqsədyönlü şəkildə erməniləşdirilməsi ilə paralel olaraq, "vilayət"in respublikanın mərkəzi hakimiyyətinin təsirindən çıxarılması prosesi həyata keçirilmişdir. Ərazinin hər vasitə ilə, mənəvi, siyasi, iqtisadi yönümdə Ermənistana inteqrasiyasını nəzərdə tutan bu zərərli proses 50 il davam etmiş və qarşısı yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən qətiyyətlə alınmışdır. Ümummilli Lider tərəfindən bölgədəki erməni şovinizminə, millətçi meyillərə qarşı kəskin mübarizə başlanmış, burada kök salmış şovinist ünsürlər, o cümlədən rəhbər heyətdə təmsil olunan şəxslər administrativ postlardan kənarlaşdırılmış, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni kadrlar irəli çəkilmişdir. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunmasına da imkanlar yaradılmış, onların hüquq və mənafeləri haqsız hücumlardan qorunmuş, bölgənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşmiş, mühüm sosial infrastrukturlar yaradılmış və davamlı olaraq təkmilləşdirilmişdir. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttini çəkdirməklə Ulu Öndər Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını bərpa etmiş, bu əlaqələri zaman - zaman daha da genişləndirmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin onilliklərdən sonra Qarabağda Azərbaycanın suveren hüquqlarını tam təmin etməsi Ümummilli Liderimizin ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan keçmiş Dağlıq Qarabağı Azərbaycana qəti şəkildə qazandırmaq təcrübəsinin yeni və çox mürəkkəb tarixi şəraitdə qəti qələbəylə təkrarlanmasıdır. Vətən müharibəsi yalnız dünya hərb tarixinə düşən və 5-ci nəsil yeni savaş modeli olmadı, həm də beynəlxalq təhlükəsizliyə təhdid yaradan total səbəblərə, təhdidlərə qarşı ən effektiv və sarsıdıcı zərbə vurmağın mükəmməl örnəyini formalaşdırdı. Çünki Qarabağdakı nəzarətsiz ərazidə - "boz zona"da qlobal təhlükəsizliyin əsas təhdidləri olan bütün cinayətkarlıq elementləri, o cümlədən, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və sairə mövcud idi. Qarabağdakı hərbi xunta rejimi yalnız Azərbaycana qarşı deyildi, miqyasca Qafqaz bölgəsini də aşan öz cinayətkar əməlləri ilə bütünlüklə dünyaya təhdid yaradırdı. Beləcə tam əminliklə demək olar ki, Azərbaycan Respublikası Qarabağdakı cinayətkar rejimi məhv etməklə qlobal təhlükəsizlik sisteminə çox mühüm töhfə verdi, erməni faşizmin kökünü kəsdi. Cənab Prezident indi yalnız ölkəmizin deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini və bu sistemin tərkib hissəsi kimi yeni geosiyasi, geoiqtisadi xəritəsini formalaşdırır. Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi indi sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşur. Bu proses bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini artırır, yeni resurslarını üzə çıxarır. Prezident cənab İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün tarixi fürsətdir, inkişaf üçün real zəmindir. "Zəngəzur dəhlizi"nin açılması isə bütün regionun inkişafına təkan verə, o cümlədən bütün transmilli layihələrdən kənarda qalan Ermənistana böyük iqtisadi fayda gətirə bilər. Tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir. Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Bütövlükdə Avrasiya məkanında, qlobal platformada Azərbaycan və onun dünya siyasətində öz qətiyyətli və prinsipial mövqeyi ilə böyük nüfuz qazanmış qüdrətli Lideri olan ölkəmiz enerji, nəqliyyat-logistika, sosial-iqtisadi, ümumilikdə dayanıqlı inkişaf təhlükəsizliyinin bütün istiqamətlərində etibarlı tərəfdaş kimi qəbul olunur, onun bu sahədə də təcrübəsi öyrənilir. Bir sözlə, cənab İlham Əliyevin adı, imzası, iştirakı harada varsa, orada təhlükə, risk yoxdur - dünyanın qəbul etdiyi və hesablaşdığı həqiqət budur. Onun adı qlobal inkişafın, imzası etibarlı tərəfdaşlığın, iştirakı isə uğurlu nəticənin təmini və rəmzidir. Bu gün tariximizin yeni şanlı səhifələri yazılır. Vətənimiz Azərbaycan tək Qafqaz bölgəsində deyil artıq dünyada söz sahibidir. Həmçinin bölgədə dayanıqlı təhlükəsizlik sistemi yaratmaqla bərabər irimiqyaslı layihələr həyata keçirir. Ən əsası Azərbaycan COP29 kimi dünyanın xilası naminə addımlar atan böyük bir tədbirə ev sahibliyi edib. Bu gün qürurla söyləyə bilərik ki, “Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı”. Ancaq buna nail olmaq dünyanın inkişaf etmiş ölkələrindən - ABŞ, Avropa İttifaqı, Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Burada Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Zəfər indi genişmiqyaslı quruculuq, nəhəng dirçəliş və yeniləşmə proseslərilə uğurla davam edir. Bu tarixi mərhələdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi dəstək, həyata keçirdiyi təşəbbüslər xüsusi önəm daşıyır. Mehriban xanım Əliyevanın müəllifi olduğu layihələr, yeni tikilən, bərpa edilən mədəni-mənəvi incilərimiz, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar bölgənin həyatında canlanma yaradır. Qarabağın və Şərqi Zəngəzurun baş memarları olan Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə bölgə yenidən cənnətə çevrilir. Bu isə ötən çox çətin, mürəkkəb, həm də şərəfli 21 ilin məntiqi davamı, qanunauyğun nəticəsidir. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında qaldırılan məsələlər, qəbul edilən qərarlar böyük uğurdan xəbər verdi. Yüksək səviyyədə təşkil olunan tədbirdə dünya ölkələrinin liderlərinin, ekofəalların, QHT və media nümayəndələrinin fəal iştirakı və sonda qəbul olunan tarixi qərar bu konfransın ölkəmizdə keçirilməsinə qarşı çirkin kampaniya aparanlara ən tutarlı cavab oldu. Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024