Mobil versiya
2050-ci ilə qədər 20 ölkə yoxsullaşacaq
Tarix: 13-12-2024 | Saat: 18:00
Bölmə:Dünya | çapa göndər

2050-ci ilə qədər 20 ölkə yoxsullaşacaq

Dünya Bankı 26 aşağı gəlirli ölkə ilə bağlı hesabat dərc edib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, son illər dünya iqtisadiyyatında artım tempi əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb. Bu sahədə heç bir irəliləyiş olmasa, 20 ölkə 2050-ci ilə qədər yoxsul qalmaq riski daşıyır.

Bildirilib ki, bu ölkələrdən yalnız 6-sı 25 il ərzində orta gəlir səviyyəsinə çata bilib. Bildirilib ki, aşağı artımla yanaşı, tez-tez iqtisadi böhranlar və artan münaqişələr də irəliləyişi ləngidir. Bu ölkələrdə insanlar gündə 2,15 dollardan az gəlirlə yaşayırlar.

Hesabatda Suriyanın da 2010-cu illərdə aşağı gəlirli ölkələr kateqoriyasına qoşulduğu xatırladılıb. Dünya Bankı sözügedən digər ölkələrin adını açıqlamayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024