Ana Sayfa > Dünya > 2050-ci ilə qədər 20 ölkə yoxsullaşacaq
2050-ci ilə qədər 20 ölkə yoxsullaşacaq13-12-2024, 18:00. Yazar: sevinc1 |
Dünya Bankı 26 aşağı gəlirli ölkə ilə bağlı hesabat dərc edib. aia.az xarici KİV-ə istinadən xəbər verir ki, son illər dünya iqtisadiyyatında artım tempi əvvəlki illərlə müqayisədə aşağı səviyyədə qalıb. Bu sahədə heç bir irəliləyiş olmasa, 20 ölkə 2050-ci ilə qədər yoxsul qalmaq riski daşıyır. Bildirilib ki, bu ölkələrdən yalnız 6-sı 25 il ərzində orta gəlir səviyyəsinə çata bilib. Bildirilib ki, aşağı artımla yanaşı, tez-tez iqtisadi böhranlar və artan münaqişələr də irəliləyişi ləngidir. Bu ölkələrdə insanlar gündə 2,15 dollardan az gəlirlə yaşayırlar. Hesabatda Suriyanın da 2010-cu illərdə aşağı gəlirli ölkələr kateqoriyasına qoşulduğu xatırladılıb. Dünya Bankı sözügedən digər ölkələrin adını açıqlamayıb. aia.az Geri dön |