COP29-un Nailiyyətləri
Tarix: 28-11-2024 | Saat: 16:12
Bölmə:Özəl | çapa göndər
Azərbaycan, bugünkü inkişafı ilə siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlara görə, bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bu nailiyyətlərin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz əməyi, gərgin çalışması və uzaqgörən xarici və daxili siyasəti mühüm rol oynayıb. Azərbaycanın bütün sahələrində – kənd təsərrüfatı, kosmik və hərbi sənaye, səhiyyə, təhsil və digər sahələrdə qazandığı uğurlar, həmçinin beynəlxalq münasibətlərdə əldə etdiyi nailiyyətlər ölkənin dünyada tanınmasına və nüfuzunun artmasına səbəb olub. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bir daha Azərbaycanın beynəlxalq səhnədə güclü mövqeyini nümayiş etdirir. Ölkə başçısı, bu tədbirə ev sahibliyi etməyin Azərbaycanın xarici siyasətinin mühüm addımı olduğunu və Bakının, həmrəylik və qarşılıqlı etimadın təşviqində, regional və qlobal əməkdaşlığın inkişafında öz rolunu görəcəyini vurğulayıb. Prezident, həmçinin qeyd edib ki, COP29-da dini nümayəndələrin rolu, sülh, tolerantlıq və qarşılıqlı hörmət kimi müsbət mesajların verilməsi vacibdir. Bakının COP29-a ev sahibliyi etmək öhdəliyi, həm beynəlxalq, həm də daxili siyasi-iqtisadi mülahizələri birləşdirən çoxşaxəli bir strategiya ilə dəstəklənir. Bu, Azərbaycanın yalnız ənənəvi enerji resurslarında deyil, eyni zamanda artan yaşıl texnologiyalar sahəsində regional liderliyini təmin edir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi, Azərbaycanın davamlı inkişaf sahəsindəki qlobal səylərin önündə olduğunu göstərən mühüm bir hadisədir. Azərbaycan, COP29 Sədrliyi çərçivəsində, inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsi təmin etmək məqsədini güdən "Bakı Maliyyə Məqsədi" razılaşmasını elan edib. Bu razılaşma, BMT-nin İqlim Sammiti çərçivəsində əldə olunan uğurla, iqlim maliyyəsi hədəflərinin əhəmiyyətli şəkildə artırılmasına təkan verəcək və qlobal investisiyaların yeni dövrünü başladacaqdır. Bakı Maliyyə Məqsədi, inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin toplanmasına yönəlmiş bir hədəfi ehtiva edir. Bundan başqa, COP29, BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşmasına nail olub və bu bazarlardan gələn maliyyə axınlarının 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çatacağı gözlənilir. Eyni zamanda, bu bazarların milli iqlim planlarının həyata keçirilməsi xərclərini illik 250 milyard ABŞ dolları qədər azaldacağı potensiala malikdir. COP29, həmçinin Zərər və İtki Fondunun işə salınmasına və 2025-ci ildə maliyyə vəsaitlərinin bölüşdürülməsinə də müvəffəq olub. Tədbirdə əldə edilən balanslaşdırılmış paket, qlobal iqlim fəaliyyətinə daha geniş maraqlı tərəfləri cəlb etməyə çağırır və ev sahibi ölkənin təcrübəsinə əsaslanan yaradıcı həllər təklif edir. COP29-un nailiyyətləri, keyfiyyətli, ədalətli və inklüziv bir "yaşıl keçid"ə doğru irəliləməlidir. Bu cür yanaşma həm sinergiya, həm də şəffaflıq tələb edir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər