Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan dünyaya COP təşkilatçılığının yeni standartlarını təqdim etdi”
Tarix: 26-11-2024 | Saat: 15:43
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan dünyaya COP təşkilatçılığının yeni standartlarını təqdim etdi”

“Azərbaycan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu keçən ilin dekabr ayında 200 ölkənin yekdil qərarı ilə qazanmışdır. Bu qərarın verildiyi ilk gündən Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən birini yüksək səviyyədə keçirəcəyinə dair heç kimdə şübhə yox idi. Bu gün biz artıq birmənalı olaraq deyə bilərik ki, COP 29-un yekunları bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezident İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı etdiyi paylaşımda mühüm nailiyyətlərdən biri kimi, İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsini qeyd edib. Diqqətəlayiq haldır ki, məhz Azərbaycan karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail oldu. Daha bir möhətəşəm nəticə isə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları məbləğində vəsaiti təmin etmək üçün qarşıya yeni qlobal vəzifə qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) yaradılmasıdır. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Cənab Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək, COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu və bu irsin gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulamışdır.”

Bu sözləri COP29-un nəticələrinə dair aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat sessiyanın gedişində imzalanmış “İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi”nin əhəmiyyətini vurğuyaraq bunları deyib: “50 ölkənin dəstəklədiyi bu bəyanat özü də sözsüz ki, COP29-un mühüm nailiyyətlərindəndir. Bu sənəd iqlim dəyişikliyinin su hövzələri və su ilə bağlı ekosistemlərə təsirinə qarşı mübarizə üçün inteqrasiya olunmuş yanaşmanı təqdim edir. Bəyannamə milli iqlim siyasətləri, o cümlədən NDC-lər və NAP-lar çərçivəsində su ilə əlaqəli mitiqasiya və adaptasiya tədbirlərinin inteqrasiyasını təşviq edir. Daha bir diqqət çəkən məqam budur ki, Azərbaycan COP29 Sədrliyi kimi öz Fəaliyyət Gündəliyi təşəbbüslərinə əlavə olaraq, iddialı iqlim tədbirləri üçün bir neçə prioritet sahədə irəliləyiş əldə edib. Bu, şəffaflığın inkişaf etdirilməsi və İtki və Zərər Fondu üçün maliyyə təmin edilməsi daxil olmaqla bir çox sahəni əhatə edib. COP29 Sədrliyi şəffaflığın və İkiillik Şəffaflıq Hesabatlarının (BTR) əhəmiyyətinə xüsusi diqqət ayıraraq Bakı Şəffaflıq Platformasına start verib və Tərəfləri hesabatları erkən təqdim etməyə çağırıb” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-12-2024