Mobil versiya
28 yaşlı reper konsertində tamaşaçıları vəhşicəsinə döyüb və videoya düşüb
Tarix: 28-11-2024 | Saat: 15:06
Bölmə:Özəl | çapa göndər

28 yaşlı reper konsertində tamaşaçıları vəhşicəsinə döyüb və videoya düşüb

Ötən həftə Bostonda gecə klublarından birində fövqəladə hadisə baş verib. Sənətçini təhrik edən səbəbin dəqiq adı açıqlanmasa da, zərərçəkənin ifaçıya nalayiq jest etdiyi məlum olub.

Əsl adı Nikolas Dieqo Leanos olan Lil Xan əvvəlcə izləyicini mikrofonla vurub, sonra isə üzünə təpiklə vurub.
Mənbənin sözlərinə görə, klubun təhlükəsizlik xidməti reperi saxlamağa müvəffəq olmamışdan əvvəl o, hadisə yerindən qaçıb. Sənətçinin qaçarkən daha iki nəfərə hücum etdiyi iddia edilir.

Lil Xan Kaliforniyadan olan reperdir, onun ilk studiya albomu Total Xanarchy-nin buraxılmasından sonra populyarlığı sürətlə artıb. Sənətçinin "Betrayed" hiti "Billboard"un "Hot 100" siyahısına daxil olaraq 64-cü sıraya yüksəldi. Sentyabr ayında Lil Xan yeni Diego albomunu buraxdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024