“Azərbaycanla ümumi nəticəyə gəldik” - Əli Əkbər Vilayəti
Tarix: 28-11-2024 | Saat: 15:15
Bölmə:Dünya / Karusel | çapa göndər
İranın ali lideri ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Azərbaycanla münasibətlərdən və Zəngəzur dəhlizindən danışıb.
aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, İranın “Boz kardinal”ı “NourNews”a müsahibəsində bir sıra detallara toxunub.
“İran və Azərbaycan arasında son günlər keçirilən hərbi təlimlər iki ölkə arasında artan qarşılıqlı etimadı nümayiş etdirir”, - Vilayəti bildirib.
Onun sözlərinə görə, birgə təlimlər İranın və Azərbaycanın tarixində bölgə üçün sülh və təhlükəsizliyin bərqərar edilməsi baxımından dönüş nöqtəsi olacaq.
Əli Əkbər Vilayəti deyib ki, İran və Azərbaycanın birgə hərbi təlimləri ağıllı siyasətin nəticəsi olan mühüm hadisədir. O, bunu İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qardaşlıq münasibətlərinin və mehriban qonşuluğun getdikcə möhkəmlənməsi kimi qiymətləndirib.
Vilayəti əlavə edib ki, İran və Azərbaycan ortaq tarix, din, dil, mədəniyyət, ənənələr və maraqlar baxımından çox yaxın dövlətlərdir.
Vilayəti Qərbin və NATO-nun Cənubi Qafqazla bağlı düzgün niyyətlərinin olmadığını göstərən addımlar atdığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ NATO pərdəsi altında Cənubi Qafqaz regionuna nüfuz etmək və praktiki olaraq Rusiyanın diqqətini Ukraynadan Cənubi Qafqaza cəlb etməklə alternativ yaratmaq niyyətində olub. Eks-nazir Tehranın bunun qarşısını aldığını qeyd edib.
Xameneinin müşaviri İranın Zəngzur dəhlizinin açılmasına qarşı çıxmasının səbəbini belə izah edib.
"Amerika başda olmaqla Qərbin planı bu idi ki, Orta Asiya, Xəzər dənizi və Azərbaycan vasitəsilə Şərqdən Qərbə doğru nəqliyyat dəhlizi yaratsın".
Vilayətinin sözlərinə görə, İran bu planın dərinliyini dərk edib.
“Heç bir xoş niyyəti olmayan Qərbdən fərqli olaraq, İran həqiqətən də azərbaycanlı qardaşlarının mənafeyini və rifahını istəyir”, - o deyib.
Vilayəti daha sonra əlavə edibi: “Təbii ki, bu məsələdə qarşılıqlı anlaşma üçün vaxt lazım idi və indi biz ümumi nəticələrə gəldik ki, bir neçə ay ərzində üç birgə hərbi manevr həyata keçirilib. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artmasına, regionun tarixində dönüş nöqtəsinə, həssas bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına işarədir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-12-2024