Mobil versiya
Ermənistanın himni dəyişir - Hökumət TƏSDİQLƏDİ
Tarix: 28-11-2024 | Saat: 12:52
Bölmə:Dünya | çapa göndər

Ermənistanın himni dəyişir -

Noyabrın 28-də Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçirlib.

aia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsi təsdiqlənib.

Layihədə himnin, eləcə də onun ifası ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi təklif edilir.

Himninin bir rəsmi versiyasının yaradılması təklif olunur.

“Baş nazir olduğum müddətdə rəsmi tədbirlərdə himn səsləndirilərkən diqqətli oluram və çox uzun zamandır ki, himninin eyni ifa formasına rast gəlməmişəm. Himnə bağlı texniki parametrlər standartı yoxdur”, - deyə baş nazir Nikol Paşinyan məsələyə münasibət bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024