30 illik həsrətin 44 günlük Zəfər nəğməsi
Tarix: 09-11-2024 | Saat: 21:11
Bölmə:Özəl | çapa göndər
Bu möhtəşəm qələbə, şəhidlərimizin Vətənə olan məhəbbəti, xalqımızın birlik və həmrəyliyinin, əzm və iradəsinin təntənəsidir. 44 günlük Vətən müharibəsi, həm də bizim azadlıq, müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəmizin şanlı səhifəsidir. 10 noyabr tarixində isə imzalanan kapitulyasiya aktı isə ölkəmizin sarsılmaz qüdrət və əzəmətini əsaslı sübutudur. Bir daha qeyd etməliyik ki, şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, qazilərimizin göstərdiyi fədakarlıq isə bizə daim ilham verəcəkdir. Bu gün Azərbaycanın hər bir küncündə yüksələn Zəfər səsi, müstəqil və güclü dövlətimizin qələbəsidir. Həmrəylik, qürur və gələcəyə ümidlə baxan bir Azərbaycan üçün hər zaman birlikdə olacağımıza inanıram! Qələbəmiz daim əbədi, bayrağımız hər zaman uca, xalqımızın mübariz ruhu isə heç vaxt sarsılmayacaqdır. Azərbaycanın işıqlı gələcəyi uğrunda mübarizəmiz davam edəcək! Şeir: Azərbaycanım ( Müəllif: Şahin Əliyev)
Mübarizə dolu vardır tarixin
Cavanşir, Babəkin, mərd Mübariz’in
Türkün daş yaddaşı olubdur Cəngi’n!
Qəhrəman oylağım - Azərbaycanım!
Bütövlük olubdur sənin hədəfin
Bununçün çalışıb daim əsgərin
İlhamlı orduyla Şanlı Zəfərin
Vətənə sevgidir - Azərbaycanım!
“Dəmir Yumruq” ilə birdir Millətin
Arxasında vardır Güclü Dövlətin
Polad Həşimovtək var qətiyyətin
Səngər generallı - Azərbaycanım!
Tarixən qədimdir kültüriyyətin
Şuşadır paytaxtı mədəniyyətin
Muğamın, bayatın, həzin musiqin
Ədəbi məkandır - Azərbaycanım!
Cahanü-aləmə yayılıb səsin
Mərdlik, qəhrəmanlıq olub əsərin
Şanını ucaltdı igid ərlərin
Dillərə dastandır - Azərbaycanım!
Zəfər Günümüz mübarək, Azərbaycan xalqı!"
Şahin Əliyev ,
Nəsimi rayon sakini, “Əbədi Birlik” GİB-nin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2024