Mobil versiya
Sabunçudakı tuneldə 2 nəfərin boğulub ölməsi ilə bağlı Prokurorluqda iş açılıb
Tarix: 12-11-2024 | Saat: 10:40
Bölmə:Ölkə | çapa göndər

Sabunçudakı tuneldə 2 nəfərin boğulub ölməsi ilə bağlı Prokurorluqda iş açılıb

"Bu dəfəki yağışla biz zəif yerlərimizi gördük".

"aia.az" xəbər verir ki, bunu Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.


O APA-ya açıqlamasında bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. O hadisə baş verən tuneldə Prokurorluq tərəfindən araşdırma aparılır. Artıq Prokurorluqda iş açılıb. Nəticə barədə məlumat veriləcək", - deyə E. Əzizov əlavə edib.

Xatırladaq ki, oktyabr ayının 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə