Ana Sayfa > Özəl > 30 illik həsrətin 44 günlük Zəfər nəğməsi
30 illik həsrətin 44 günlük Zəfər nəğməsi9-11-2024, 21:11. Yazar: sevinc1 |
Bu möhtəşəm qələbə, şəhidlərimizin Vətənə olan məhəbbəti, xalqımızın birlik və həmrəyliyinin, əzm və iradəsinin təntənəsidir. 44 günlük Vətən müharibəsi, həm də bizim azadlıq, müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəmizin şanlı səhifəsidir. 10 noyabr tarixində isə imzalanan kapitulyasiya aktı isə ölkəmizin sarsılmaz qüdrət və əzəmətini əsaslı sübutudur. Bir daha qeyd etməliyik ki, şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, qazilərimizin göstərdiyi fədakarlıq isə bizə daim ilham verəcəkdir. Bu gün Azərbaycanın hər bir küncündə yüksələn Zəfər səsi, müstəqil və güclü dövlətimizin qələbəsidir. Həmrəylik, qürur və gələcəyə ümidlə baxan bir Azərbaycan üçün hər zaman birlikdə olacağımıza inanıram! Qələbəmiz daim əbədi, bayrağımız hər zaman uca, xalqımızın mübariz ruhu isə heç vaxt sarsılmayacaqdır. Azərbaycanın işıqlı gələcəyi uğrunda mübarizəmiz davam edəcək! Şeir: Azərbaycanım ( Müəllif: Şahin Əliyev) Mübarizə dolu vardır tarixin Cavanşir, Babəkin, mərd Mübariz’in Türkün daş yaddaşı olubdur Cəngi’n! Qəhrəman oylağım - Azərbaycanım! Bütövlük olubdur sənin hədəfin Bununçün çalışıb daim əsgərin İlhamlı orduyla Şanlı Zəfərin Vətənə sevgidir - Azərbaycanım! “Dəmir Yumruq” ilə birdir Millətin Arxasında vardır Güclü Dövlətin Polad Həşimovtək var qətiyyətin Səngər generallı - Azərbaycanım! Tarixən qədimdir kültüriyyətin Şuşadır paytaxtı mədəniyyətin Muğamın, bayatın, həzin musiqin Ədəbi məkandır - Azərbaycanım! Cahanü-aləmə yayılıb səsin Mərdlik, qəhrəmanlıq olub əsərin Şanını ucaltdı igid ərlərin Dillərə dastandır - Azərbaycanım! Zəfər Günümüz mübarək, Azərbaycan xalqı!" Şahin Əliyev , Nəsimi rayon sakini, “Əbədi Birlik” GİB-nin sədri Geri dön |