Mobil versiya
Azərbaycan bu sahədə liderliyini qoruyur - ABŞ səfiri
Tarix: 12-11-2024 | Saat: 11:52
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan bu sahədə liderliyini qoruyur - ABŞ səfiri

Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir.

aia.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.

Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb.

"Biz iki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. Mən COP29-da ABŞ nümayəndə heyətinə, Azərbaycan sədrliyinə və bütün iştirakçılara uğurlar arzulayıram!" - səfir söyləyib.

O həmçinin bildirib ki, Azərbaycanla Ermənistandan olan bir qrup hidroloq və mühəndis ABŞ-nin dəstəyi ilə regionda transsərhəd çayların su ehtiyatlarının kompleks idarə olunması sxemi ilə bağlı birgə fəaliyyət göstərir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024