Türk dövlətlərinin ölkəmizə verdiyi dəstək qarşılıqlı münasibətlərin göstəricisidir
Tarix: 07-11-2024 | Saat: 12:35
Bölmə:Siyasət | çapa göndər
Bu il Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzlu beynəlxalq təsisat kimi formalaşmasında müstəsna əhəmiyyət kəsb edən Naxçıvan Sazişinin 15-ci ildönümüdür və bu baxımdan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Bişkekdə keçirilən 11-ci Zirvə görüşü geridə qalan zaman kəsiyinin, həmçinin Azərbaycanın bu prosesdə oynadığı birləşdirici missiyanın qiymətləndirilməsi baxımından da çöx önəmlidir. Prezident İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi TDT bu dövr ərzində uğurlu inkişaf yolu keçib. Bunu Naxçıvan Sazişindən Qarabağ Bəyannaməsinin imzalanmasına qədər keçən zaman kəsiyində cərəyan edən proseslər, Türk Dövlətləri Təşkilatının institutsional təsisatlarının yaradılması istiqamətində atılan əməli addımlar da sübuta yetirir.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili TDT ölkələri arasında, artıq bütün istiqamətlərdə əməkdaşlığın sürətləndiyini, müasir dövrdə hər bir dövlət üçün həyati əhəmiyyət daşıyan müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığın da Türk Dövlətləri Təşkilatı üçün prioritetə çevrildiyini bildirib:
“Türk dövlətlərinin silahlı qüvvələri birgə hərbi təlimlər keçir, müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığı gündən-günə genişləndirirlər. Bütün bunlar isə şübhəsiz ki, qarşılıqlı etimadın, dostluğun, qardaşlığın bariz nümunəsidir”.
Azər Kərimli qeyd edib ki, Azərbaycan hazırda, təkcə ölkə və region üçün deyil, bütün Türk Dünyası üçün tarixi əhəmiyyət kəsb edən COP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşır: “Ötən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini dəstəkləyib və təbii ki, bu ölkələrin arasında qardaş türk dövlətlərinin ölkəmizə verdiyi səmimi dəstək, həm də qarşılıqlı münasibətlərin göstəricisi kimi dəyərləndirilə bilər. Cənab Prezidentin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcək, həm TDT-yə üzv ölkələr arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu, həm də Türk Dünyasının bəşəriyyəti ciddi çağrışlar qarşısında qoyan bəşəri problemlərə münasibətdə həssaslıqlarını nümayiş etdirəcək, iqlim dəyişiklikləri ilə mübarizəyə öz töhfələrini verəcəklər”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2024