Mobil versiya
Dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb
Tarix: 07-11-2024 | Saat: 14:12
Bölmə:Gündəm | çapa göndər

Dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb

Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 828 kiberhücum indikatoru (IOC) müəyyən edib.

aia.az xəbər verir ki, bu, bir il əvvəlki göstəricidən 16,6 % azdır.

Kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə oktyabr ayında 89 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 13 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 679,43 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 818 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 185 min 163 zərərverici tərkibli elektron sənəd blok edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə