Mobil versiya
YAP Şirvan şəhər təşkilatının binasında 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib -Fotolar
Tarix: 07-11-2024 | Saat: 13:03
Bölmə:Gündəm | çapa göndər

YAP Şirvan şəhər təşkilatının binasında 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib

06.11.2024-cü il tarixində YAP Şirvan şəhər təşkilatının binasında 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və rəşadətli Ordumuzun qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Şirvan gənclərinin göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışıb. Bugünümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi. 1994-cü il 20 sentyabr tarixində "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu, siyasi müstəqillik üçün möhkəm təməl formalaşdı. "Əsrin müqaviləsi"nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Bu gün Azərbaycana Heydər Əliyev yolunun, siyasi irsinin layiqli davamçısı İlham Əliyev başçılıq edir. Tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən 8 Noyabr-Zəfər Gününü bizlərə bəxş edən Qalib Ali Baş Komandana, əsgər və zabitlərimizə minnətdarlığını bildirib, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. İşğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin hər birimizdə sabaha, dövlətimizin daha da inkişafına və çiçəklənməsinə inam yaratdığını qeyd edib.
Sonra tədbir iştirakçılarından Birinci Qarabağ müharibəsi iştirakçıları Bayram Quliyev, Baxşəli Süleymanov, 44 günlük Vətən müharibəsi qaziləri Elvin Abbasov, İlqar Həsənov şəhid anası Xuraman İsmayılova və şəhid atası Alim Zülfüqarov öz çıxışlarında Vətən müharibəsinin Şanlı məqamlarından danışıblar. Anım və Zəfər günlərinin qeyd olunmasının əhəmiyyətindən bəhs ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilən yeni üzvlərin vəsiqələri tədbirdə iştirak edən şəhid anaları tərəfindən təqdim edildi. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov partiya sıralarına qəbul edilən yeni üzvlərə gələcək həyat və fəaliyyətlərində uğurlar arzuladı.
Sonda “Zəfər Günü” ilə bağlı hazırlanan videoçarx nümayiş olundu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2024