Mobil versiya
Azərbaycanda körpə doğuş vaxtı öldü - YENİLƏNİB
Tarix: 04-11-2024 | Saat: 18:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycanda körpə doğuş vaxtı öldü -

Oktyabrın 31-də saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Bu barədə aia.az-ın Şimal-qərb bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub. Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub.
02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

***

13:22

Zaqatalada doğuş zamanı körpə ölüb.

aia.az xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.

Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.

Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2024