“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı
Tarix: 04-11-2024 | Saat: 17:15
Bölmə:Gündəm / Karusel | çapa göndər
“Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.
aia.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.
Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb.
Hökm qalan hissələrdə dəyişdirilməyib.
Qeyd edək ki, 2021-ci ildə istintaqı yenilənmiş “Tərtər işi” üzrə həbs edilmiş sonuncu dəstəyə ötən gün hökm oxunub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024