Blinken yeni sanksiyaların kimə qarşı olduğunu bildirib
Tarix: 30-10-2024 | Saat: 19:42
Bölmə:Özəl | çapa göndər
ABŞ dövlət katibi Antoni Blinken yeni sanksiyaların kimə qarşı yönəldiyini açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.Belə ki, o, oktyabrın 30-da 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı qəbul edilən yeni sanksiyaları şərh edib. Blinken deyib ki, sanksiyalar Ukraynadakı münaqişədə Rusiya tərəfini dəstəkləyənlərə qarşı yönəlib.
“Bugünkü sanksiyaların bir hissəsi olaraq, Dövlət Departamenti üçüncü ölkələr, eləcə də Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları, müdafiə şirkətləri və Rusiyanın gələcək enerji sənayesi və ixracını təşviq edənlər vasitəsilə sanksiyalardan yayınma yollarını hədəfləyir”, o izah edib.
Bundan əlavə, dövlət katibi onu da əlavə edib ki, Birləşmiş Ştatlar “Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən şəbəkələri məhv etmək üçün” bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək.
Bundan əvvəl ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-10-2024