Mobil versiya
Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
Tarix: 30-10-2024 | Saat: 12:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

Talıbovlara bağlı daha bir şirkət ləğv olunur

"Mest-8” MMC (VÖEN – 0201411191) ləğv olunduğunu elan edir.

aia.az xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi, ev 18, mənzil 26 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, "Mest-8” MMC 2023-cü ilin martın 13-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 50 min manatdır və qanuni təmsilçisi Xəlilova Sədaqət Səfər qızıdır.

Onu da bildirək ki, "Mest-8” MMC dövlət qeydiyyatına alınan zaman nizamnamə kapitalı 500 min manat, qanuni təmsilçisi isə Əliyev Qadir Neyman oğlu olub.

Bu şirkətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb./Yeniavaz.com

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə