Şahin İsmayılov Milli Məclisdə vətəndaşları qəbul edib -Fotolar
Tarix: 30-10-2024 | Saat: 21:19
Bölmə:Karusel / Gündəm | çapa göndər
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəbul qrafikinə uyğun olaraq, 30 oktyabr tarixində Milli Məclisdə vətəndaşları qəbul etdi.
aia.az xəbər verir ki, vətəndaşlar tərəfindən qaldırdılmış müxtəlif sosial, məişət, humanitar, təhsil kimi müraciətlərin bir qismi yerindəcə həll olundu. Digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular göndəriləcək. Müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilməklə, müraciətlərə yüksək həssaslıqla yanaşılması diqqətə çatdırıldı.
Komitə sədri tərəfindən vətəndaşların qəbulu, müraciətlərinin həlli istiqamətində ölkə rəhbərliyinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, mütəmadi şəkildə Milli Məclisdə və təmsil etdiyi dairədə vətəndaşlarla qəbullar, yerlərdə görüşlər keçirilir. Daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılır və həllinə nail olmaq məqsədilə qanunvericiliyə uyğun olaraq bütün addımlar atılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024