Mobil versiya
Zəngilanı viran qoymuş erməni vandalları
Tarix: 18-10-2024 | Saat: 11:04
Bölmə:Özəl | çapa göndər

Zəngilanı viran qoymuş erməni vandalları

Zəngilan 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.Rayon işğal edilərkən 1 şəhər,5 qəsəbə və 83 kənddən ibarət idi.Sahəsi 73 kv2 əhalisi 45 mindən çox olub.İşğaldan sonra əhali məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. İqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Ermənilər işğal etdikləri ərazilərimizdə daşı – daş üstə qoymayıblar.Digər rayonlarımız kimi Zəngilandada abidə genosidi yaşadıblar.Tarixi – dini abidələrimizi , tarixi memarlıq abidələrimizi məhv ediblər.Beş məscid,Alban kilsəsi ,19 Ziyarətgahlarımız, 17 tarixi memarlıq abidəmiz Erməni silahlı qüvvələri tərəfindən darmadağın edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması, Azərbaycan Silahlı qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azad edilməsi uğrunda əməliyyata başlandı. Oktyabrın 20 – də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi.Zəngilan şəhəri , rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Azərbaycan–İran sərhədi tam bərpa edildi. Ali baş komandanımız şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 6974 hərbi qulluqçunu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif etdi.

Nicat Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-10-2024