Mobil versiya
"Zibillərin daşınmasının bələdiyyəyə heç bir aidiyyəti yoxdur" - Komitə sədri
Tarix: 18-10-2024 | Saat: 12:47
Bölmə:Parlament | çapa göndər

"Zibillərin daşınmasının bələdiyyəyə heç bir aidiyyəti yoxdur" -

"Zibillərin daşınmasının bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Əslində bu bələdiyyəyə verilməlidir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

"Bu gün kommunal təsərrüfat və yaxud onların imzaladığı müqavilə əsasında hansısa şirkətlər bunu yerinə yetirilər. Tez-tez deyirlər bələdiyyə hara baxır? Bu məsələyə vətəndaş pul ödəyirsə, bu başqa şirkətlərə, təşkilatlara gedir, bələdiyyəyə daxil olmur. Bunun bələdiyyəyə aidiyyəti yoxdur", - deyə S.Novruzov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-10-2024