Mobil versiya
AFFA “Zəngəzur”a texniki məğlubiyyət verdi
Tarix: 11-10-2024 | Saat: 14:11
Bölmə:İdman | çapa göndər

AFFA “Zəngəzur”a texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

aia.az xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.

Gənclər Liqasında keçirilən “Zirə”-“Qəbələ” oyununda adı protokolda qeyd edilməyən futbolçu meydana daxil olduğuna görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilməli olan “Latsio Baku”-“Zəngəzur” görüşü ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. Bu səbəbdən “Zəngəzur” texniki məğlubiyyətlə cəzalandırılıb.

U-10 Liqasında keçirilməli olan “Bayern Baku”-“Karvan” (Yevlax) oyunu da qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. Yevlax təmsilçinə bu səbəbdən texniki məğlubiyyət verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə