Mobil versiya
Deputat: Fərqli qütblərin Azərbaycana olan etimadı diqqət cəlb edir ŞƏRH
Tarix: 21-12-2024 | Saat: 13:03
Bölmə:Siyasət | çapa göndər

Deputat: Fərqli qütblərin Azərbaycana olan etimadı diqqət cəlb edir

Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi beynəlxalq müstəvidə, o cümlədən regionumuzda baş verən geosiyasi proseslərin dəqiq analizi, dərin analitik təhlili və praqmatik yanaşma ilə səciyyələnir. Bu fakt dövlətimizin başçısının dünya miqyasında nəhəng siyasi Lider kimi obrazını bir daha təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, dövlətimizin başçısı müsahibədə çox mühüm siyasi məqamları diqqətə çatdırıb, eləcə də yeni reallıqlar şəraitində həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıq ilə əlaqədar Azərbaycanın mövqeyini bəyan edib. Müsahibədə Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətin önəmi, bu siyasət nəticəsində fərqli qütblərin ölkəmizə olan etimadı xüsusilə diqqəti cəlb edir.

“Keçmiş təcrübələrə əsaslanaraq Azərbaycan bu gün də danışıqlar - sülh uzlaşması üçün ideal məkandır. Sirr deyil ki, NATO-Rusiya münasibətləri hazırda ən gərgin və böhranlı dövrünü yaşayır. Bakı isə həm hərbi, həm siyasi, həm də coğrafi mövqeyi ilə bu münaqişəni dialoq axarına salacaq az sayda ölkələrdəndir. Bu baxımdan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də Qərblə Rusiya arasındakı hazırkı siyasi gərginliyin daha ağır fazalara keçməməsi üçün Bakının danışıqlar məkanı kimi funksional fəaliyyəti müsbət nəticələrə yol açacaq.

Digər tərəfdən, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Prezident İlham Əliyevin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi Lider, Azərbaycanın sabitləşdirici aktor kimi həyata keçirdiyi siyasətin nəticəsidir”, - deyə S.Vəliyev vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə