Azərbaycan bütün dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı təşviq edir
Tarix: 21-12-2024 | Saat: 12:35
Bölmə:Siyasət | çapa göndər
Bu gün yeni formalaşmaqda olan dünyanın siyasi arxitekturasında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz regional və milli təhlükəsizlikdir
Bu gün Azərbaycan üçün vacib olan məsələlərdən biri informasiya məkanında həyata keçirilən çoxvektorlu xarici siyasətlə bağlı düzgün məlumatları regional və beynəlxalq mətbuatda işıqlandırmaqdır.
Xüsusilə, COP29-un Azərbaycanda keçiriliməsi ərəfəsində ölkəmiz bir çox tanınmış beynəlxalq mətbuat orqanlarının qarayaxma kampaniyaları və böhtanlarına məruz qaldı. Heç kəsə sirr deyil ki, saxta xəbərlər (fake news) vasitəsilə ölkədə yeni çağırışlara əsaslanmış, ardıcıl olaraq görülmüş tədbirlər konteksdən çıxarıldı, vətəndaşlarımızın hissiyatına toxunan müxtəlif səpkili məlumatlar bəzi “ədalətli” xəbər portallarında yer aldı.
Ümumiyyətlə, bu proses 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdən sonra daha da intensiv hal almağa başladı. Keçən müddət ərzində Prezident İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu informasiya portalları, telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.
Bu baxımdan, ölkə başçısının 17 dekabr 2024-cü il tarixində “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha xüsusi məqamlara aydınlıq gətirməklə, eyni zamanda Azərbaycanın, Azərbaycan Prezidentinin bir sıra məsələlərə dair dəqiq, strateji baxışını ortaya qoydu.
Bu gün yeni formalaşmaqda olan dünyanın siyasi arxitekturasında xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz regional və milli təhlükəsizlikdir. Azərbaycan bütün dünya dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı təşviq edir, eləcə də yaxın hesab etdiyi dost və qardaş ölkələrlə təhlükəsizlik tədbirlərinin birgə müzakirə və təşkil olunması istiqamətində əməli işlər görür.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin müsahibə zamanı toxunduğu diqqətəlayiq məqamlardan biri Azərbaycanın qonşularımız olan həm Rusiya Federasiyası, həm də NATO üzvü Türkiyə Respublikası ilə müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə malik yeganə ölkə olmasıdır.
Qeyd edək ki, qardaş Türkiyə və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə 15 iyun 2021-ci il tarixində Qarabağımızın incisi Şuşa şəhərində imzalanıb. Bundan bir neçə ay sonra isə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə 22 fevral 2022-ci il tarixində Moskva şəhərində imzalanıb.
Burada isə əsas hədəf, sözsüz ki, Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı qorumaqdır. Məhz bu səbəbdən, ölkə başçısının da vurğuladığı kimi, “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.”
Bu gün regionda təhlükəsizliyə ən böyük təhdid son dörd ildə Ermənistanın Sülh Sazişinin imzalanmasının uzadılması üçün etdiyi manevrlərdi. Bu məsələ ilə də bağlı Prezident İlham Əliyev müsahibə zamanı konkret fikir səsləndirərək, 17 bənddən ibarət Sülh Sazişinin 15 bəndinin artıq razılaşdırıldığını bildirdi. Əlavə olaraq Azərbaycan tərəfinin şərtlərini də açıq ifadə etdi. Belə ki, həmin şərtlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişməsi, digəri isə ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlıdır.
Cənab Prezidentin istər 2020-ci ildə 44 günlük müharibə zamanı dünya mətbuatına açıqladığı Azərbaycan həqiqətləri, istərsə də bu gün çətin və bir o qədər də gərgin, beynəlxalq hüquq və prinsiplərin işləmə mexanizminin axsadığı bir zamanda verdiyi müsahibə ölkəmizin real, gələcəyə baxışını ortaya qoymaqla yanaşı, informasiya cəbhəsində görülən işlərdə öz müsbət rolunu oynayacaqdır.
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024