Mobil versiya
"Sülh olmadan regionda inkişaf etmək mümkün deyil" - Ermənistan prezidenti
Tarix: 10-10-2024 | Saat: 10:09
Bölmə:Dünya | çapa göndər

"Sülh olmadan regionda inkişaf etmək mümkün deyil" -

Ermənistan regionda sabit və davamlı sülhə nail olmaq istiqamətində qətiyyətlə irəliləyir.

AİA.AZ xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Berlində alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşündə deyib.

Ermənistan-Türkiyə münasibətlərinə toxunan prezident qeyd edib ki, Ermənistan tərəfi əvvəllər olduğu kimi, hazırda da ilkin şərt olmadan münasibətləri normallaşdırmaq mövqeyindən çıxış edir və bununla bağlı sərhəd infrastrukturlarının yaradılması və bərpası istiqamətində müəyyən addımlar atılıb.

Xaçaturyan vurğulayıb ki, Ermənistanın mövqeyi bütün qonşu dövlətlərlə müntəzəm və qonşuluq münasibətlərində olmaqdan ibarətdir və bu, regionun bütün ölkələrinin maraqlarına cavab verir: "Bizə aydındır ki, sülh, sabitlik və qonşuluq olmadan regionumuzda və ümumiyyətlə, bütün dünyada gözlənilən inkişafı əldə etmək mümkün deyil".

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-10-2024