Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanda III MDB Oyunlarının keçirilməsi barədə qəbul olunmuş qərar ölkəmizə göstərilən yüksək etimadın bir təzahürüdür”
Tarix: 10-10-2024 | Saat: 09:18
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanda III MDB Oyunlarının keçirilməsi barədə qəbul olunmuş qərar ölkəmizə göstərilən yüksək etimadın bir təzahürüdür”

“Azərbaycan üzv olduğu bütün beynəlxalq təsisatların tərkibində effektiv fəaliyyətilə mövqelərini möhkəmlədirir, nüfuzunu yüksəldir. Əlbəttə ki, bu baxımdan ölkəmizin nüfuzlu üzvlərdən biri olduğu Müstəqil Dövlətlər Birliyi də istisna deyil. Oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, qəbul edilmiş qərarlar, eləcə də həmin iclasda iştirak edən cənab Prezident İlham Əliyevin öz çıxışında səsləndirildiyi fikirlər bunu bir daha təsdiq edir. Qürurverici məqamlardan biri kimi əlbəttə ki, ilk növbədə Laçın şəhərinin növbəti ildə MDB-nin mədəniyyət paytaxtı elan olunduğunu qeyd etmək lazımdır. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Dövlət başçımızın vurğuladığı kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Həmçinin növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi barədə qəbul olunmuş qərar da ölkəmizə göstərilən yüksək etimadın bir təzahürüdür. Gələn il Gəncə şəhəri MDB-nin idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bu, sözsüz ki, Azərbaycanın beynəlxalq səviyyədə getdikcə daha çox aparıcı idman mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiq edir. Digər tərəfdən də artıq bir aydan sonra paytaxt Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcəyi və bu qərarın 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi də bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin aşkar əlaməti kimi qiymətləndirilməlidir.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında Azərbaycanın İkinci Dünya müharibəsində əldə olunmuş ümumi qələbəyə verdiyi misilsiz töhfələr barədə səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir: “Çox təəssüflər olsun ki, son vaxtlar Azərbaycanın 1941-1945-ci illərdə faşizm üzərində əldə olunmuş ümumi qələbədə rolu barədə çox az danışılır. Məhz bu baxımdan da cənab Prezident İlham Əliyevin öz çıxışında diqqət mərkəzinə gətirdiyi məqamlar böyük önəm kəsb edir. Həqiqətən də Azərbaycan ümumi qələbəyə böyük töhfə verib. Dövlət başçımızın dediyi kimi, həmin dövrdə cəmi 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bakı neftinin II Dünya Müharibəsində Sovet İttifaqına qələbə qazandıran ən əsas amillərdən biri olduğu isə bu gün bütün dünyaya məlum olan faktdır. Həmin illərdə Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük ediblər. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi ki, bu tibb müəssisələrində 440 min yaralı müalicə alırdı. Əlbəttə ki, 9 May Qələbə Günü MDB-yə üzv ölkələr ararsında olan əməkdaşlıq əlaqələrinin davamlılığını və möhkəmliyini təmin edən mühüm amillərdən biridir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-12-2024