AHİK-də “YAŞAT” Fondunun rəhbərliyi ilə görüş olub -Fotolar
Tarix: 10-10-2024 | Saat: 09:28
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “YAŞAT” Fondunun rəhbərlyi ilə görüş keçirilib.
Bu barədə aia.az-a Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasından məlumat verilib.
Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edən AHİK sədri Sahib Məmmədov həssas kateqoriyadan olan insanların məsələlərinin Konfederasiya tərəfindən də diqqətdə saxlanıldığını bildirib. Vurğulayıb ki, şəhid ailələrinə və qazilərə həssas yanaşma vəzifəsindən, mövqeyindən asılı olmayaraq, hər birimizin borcudur.
AHİK ilə “YAŞAT” Fondu arasında mövcud əməkdaşlığa toxunan Konfederasiya sədri qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib, əməkdaşlığın perspektivləri barədə fikirlərini səsləndirib.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov isə rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə danışıb. Bildirib ki, Fond yarandığı gündən etibarən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir və bu tədbirlərin şəffaf şəraitdə həyata keçirilməsinə çalışır. Elvin Hüseynov dəstək məqsədilə həyata keçirilən tədbirlərdə ədalətlilik və növbəlilik prinsipinin önəmini də diqqətə çatdırıb.
Görüşdə həmçinin həssas qrupdan olan insanların məşğulluğunun təmin olunmasının, peşə hazırlığına cəlb edilməsinin vacibliyi AHİK sədri tərəfindən qeyd olunub.
Eləcə də gələcəkdə görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, yeni layihələr barədə müzakirələr aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65