Mobil versiya
3 xanım direktor işdən çıxarıldı
Tarix: 09-10-2024 | Saat: 14:08
Bölmə:Təhsil | çapa göndər

3 xanım direktor işdən çıxarıldı

Sumqayıtda bir neçə təhsil müəssisəsinin rəhbər heyəti arasında kadr dəyişikliyi olub.

AIA.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Belə ki, Qönçə Səftərova "Təfəkkür Liseyi"nin direktoru vəzifəsindən, Adilə Süleymanova 11 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən və Gülbahar Haqverdiyeva isə 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunublar.

Digər əmrlərlə Q.Səftərova 6 nömrəli tam orta məktəbə, A.Süleymanova "Təfəkkür Liseyi"nə, G.Haqverdiyeva isə 63 nömrəli körpələr evinə rəhbər təyin edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-12-2024