Mobil versiya
Azərbaycan millisinin hazırlıq planı və səfər proqramı məlum oldu
Tarix: 04-10-2024 | Saat: 15:37
Bölmə:İdman | çapa göndər

Azərbaycan millisinin hazırlıq planı və səfər proqramı məlum oldu

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün hazırlıq planı və səfər proqramı bəlli olub.

aia.az xəbər verir ki, milli komanda oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək. Yığma oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.

Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də səfərdə Estoniya yığması ilə, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-12-2024