Mobil versiya
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası keçirilib -Fotolar
Tarix: 03-10-2024 | Saat: 16:10
Bölmə:Gündəm / Parlament | çapa göndər

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası keçirilib

Oktyabrın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib

İclası açan komitə sədri Hicran Hüseynova komitənin üzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Sonra gündəliyi təqdim edən Hicran Hüseynova birinci məsələ olan Ailə, qadın və uşaq məsələləri komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi haqqında məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında ailə dəyərləri həmişə diqqətdə saxlanılıb. Komitə sədri bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi üçün payız sessiyasında dinləmələrin keçiriləcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, qarşıdakı sessiyada komitəyə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Gündəliyin ikinci məsələsi olan “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının inkişafı istiqamətində davamlı olaraq islahatlar həyata keçirilir. Layihədə təklif olunan dəyişikliklər uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, uşaq hüquqlarının həyata keçirilməsinin təkmilləşdirilməsinə xidmət edir.
Sonuncu məsələ olan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) qanunda nəzərdə tutulan şəxslərə sosial ödənişlərin təyin olunmasının və onların sosial müdafiəsinin mütəmadi olaraq təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Gündəlikdəki məsələlərin müzakirəsində komitənin sədr müavini Jalə Əliyeva, üzvlər Günay Ağamalı, İlham Məmmədov, Pərvin Kərimzadə, Səbinə Xasayeva, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Deputatlar komitənin payız sessiyası üçün iş planının layihəsini müsbət qiymətləndiriblər, iş planı ilə bağlı tövsiyələrini bildiriblər. Müzakirəyə təqdim edilən qanun layihələrinin vacibliyini qeyd edən deputatlar bəzi aktual məsələlərə dair fikirlərini diqqətə çatdırıblar.

İclasda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib, müzakirəyə çıxarılan qanun layihələri birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Sevinc Hüseynova, Ülviyyə Ağayeva, Mehriban Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-12-2024