Mobil versiya
Ölkədə tayfun xəbərdarlığı: Onlarla uçuş ləğv edilib
Tarix: 01-10-2024 | Saat: 16:00
Bölmə:Özəl | çapa göndər

Ölkədə tayfun xəbərdarlığı: Onlarla uçuş ləğv edilib

Saatda 240 kilometr sürətlə hərəkət edən “Krathon” qasırğasından əvvəl Tayvana xəbərdarlıq edilib. Tayvanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) adanın cənub və şərq hissələri üçün xəbərdarlıq edib. Tayvan Müdafiə Nazirliyinin sözçüsü Sun Li-Fanq 38 mindən çox əsgərin evakuasiya və xilasetmə işlərinə kömək etmək üçün adanın müxtəlif yerlərində hazır vəziyyətdə olduğunu bildirib. Nəqliyyat Nazirliyi 88 ​​daxili və 24 beynəlxalq reysin ləğv edildiyini açıqlayıb. Tayvanın cənubu ilə şərqini birləşdirən dəmir yolu xətti də bağlanıb.
Güclü yağış başladı
Yaxınlaşan tayfunun təsirinin hiss olunduğu şərq sahilində Hualian və cənubda Pintunq şəhərində torpaq sürüşmələri və daşqınlar baş verib. Hualien şəhərində Huide tunelində baş verən sürüşmə səbəbindən magistral avtomobillərin hərəkəti üçün bağlanıb. Daşqınlar Pinq Tunq şəhərinin kəndlərində də həyata mənfi təsir göstərib.

Tayfunun yaxınlaşdığı adada əksər marketlərdə rəflər boş qalıb.Onun sabah adaya çatacağı gözlənilir
Axşam saatlarında Tayvanın cənub-qərbindəki Kaohsiunqa çatması gözlənilən tayfunun 2-3 gün ərzində təsirini davam etdirəcəyi bildirilib. Kaohsiungda məktəblər və iş yerləri bağlanarkən, insanlar evdə qalmağa çağırılıb. Kaohsiung Bələdiyyə Başçısı Çen Çi-mai təbii fəlakətlə mübarizə iclasından sonra bildirib ki, tayfunun intensivliyi və gedişatı 1977-ci ildə 37 nəfərin ölümünə və şəhərdə böyük dağıntılara səbəb olan Thelma tayfunu ilə eyni səviyyədədir."Tayfundan sonra bütün Kaohsiung, müharibə kimi su və elektriksiz qaldı. Mümkün qədər çölə çıxmağı məhdudlaşdırın", - Çen deyib.

İyul ayında 11 nəfərin ölümünə səbəb olan Gaemi tayfunundan sonra Krathon Tayvana çatan ikinci tayfun olacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-10-2024