Mobil versiya
Novruzəli Aslanov: “Aşıq Ələsgərin abidəsinin açılışı mühüm əhəmiyyət kəsb edən hadisədir”
Tarix: 01-10-2024 | Saat: 11:34
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Aşıq Ələsgərin abidəsinin açılışı mühüm əhəmiyyət kəsb edən hadisədir”

“Cari ilin sentyabr ayının 30-da Azərbaycanın ictimai-mədəni həyatında son dərəcə əlamətdar bir hadisə baş vermişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncama əsasən görkəmli el sənətkarı Aşıq Ələsgərin Bakıda ucaldılmış abidəsinin açılışı məhz bu tarixdə olmuşdur. XIX əsrdə yaşayıb-yaratmış Aşıq Ələsgər Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yer tutmuşdur. Aşıq şeirimizin yeni şəkillərlə zənginləşməsində müstəsna rolu və xidməti olan qüdrətli sənətkar özündən sonra yetışən onlarca Azərbaycan aşığının yaradıcılığına qüvvətli təsir göstərmışdir. Aşıq Ələsgərin abidəsinin açılışı münasibətilə keçirilən tədbirdə iştirak edən dövlətimizin başçısı öz çıxışında tarixi faktları xatırladaraq bildirmişdir ki, hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Sovet İttifaqı miqyasında təntənəli şəkildə qeyd edilmiş və bu yubiley münasibətilə aşığın doğma Ağkilsə kəndində abidəsi ucaldılmışdır. Təəssüflər olsun ki, 1980-ci illərin sonları və 1990-cı illərin əvvəllərində, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası dövründə azərbaycanlılara məxsus bütün digər tarixi-mədəni və dini abidələrimiz kimi, Aşıq Ələsgərin abidəsi də ermənilər tərəfindən dağıdılmışdır. Lakin bu böyük sənətkarın yaradıcılığı Azərbaycan xalqının ürəyində elə böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra Aşıq Ələsgər yenə də bir görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında qalmışdır.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov ifadə edib.

Daha sonra deputat Prezident İlham Əliyevin çıxıında yer almış fikirlərin əhəmiyyətini vurğulayaraq bunalrı deyib: “Cənab Prezident öz çıxışında Azərbaycan xalqının əyilməz ruha sahib olduğunu qed edərək bildirdi ki, bunun ən bariz nümunələrini biz bu gün Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Həqiqətən də heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlıların bu gün Qarabağa qayıdışları möhtəşəm mənzərədir. Dövlətimizin başçısı bizim eyni mənzərəni bir gün Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyimizi vəd etdi. Cənab Prezident İlham Əliyevin indiyədək bütün vədlərinə əməl etdiyini isə bütün xalq çox yaxşı bilir. Əlbəttə ki, ölkəmizin suverenliyinin tam bərpa olunması Qərbi azərbaycanlılarda da daha böyük nikbinlik hisslərini aşılamış oldu. Lakin qarşıya qoyulmuş məqsədə nail olmaq üçün dövlət başçımızın dediyi kimi, həm strateji, həm taktiki, həm qısamüddətli, həm də uzunmüddətli hədəflər düzgün seçilməlidir. Çünki hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti və ədaləti, həm də real vəziyyəti və real gücümüzü əks etdirməlidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024