Azərbaycan müstəqil və dayanıqlı iqtisadi siyasət aparır
Tarix: 01-10-2024 | Saat: 10:30
Bölmə:Manşet / Siyasət | çapa göndər
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inamla irəliləməkdə davam edir, dünyaya uğurlu və davamlı iqtisadi inkişafın nümunəsini göstərir. Dövlətimizin başçısının iqtisadi müstəqilliyə və daxili resurslardan strateji istifadəyə əsaslanan müdrik siyasəti sayəsində ölkəmiz bütün çətinliklərin öhdəsindən gəlməklə yanaşı, həm də gözəl nəticələr əldə edir. Bütün bunlar isə Bu Prezident İlham Əliyevin seçdiyi kursun düzgünlüyünün əyani sübutudur. Ölkə başçısının sədrliyi ilə bu günlərdə iqtisadi məsələlərlə bağlı keçirilən müşavirədə bir daha dünyada və ölkəmizdə iqtisadiyyatın inkişafı, sabit davamlı iqtisad proseslərin nəticələri, gələcək perspektivlər müzakirə olundu.
Qlobal iqtisadi təlatümlər şəraitində Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini nəinki qoruyub saxladı, həm də onu xeyli gücləndirdi. Ölkə iqtisadi artıma görə dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyub. İqtisadi artım 4.3 faiz təşkil edir, qeyri-neft sektorunda isə 7 faiz artım olmuşdur və bu rəqəmlər real göstəricidir. Prezident İlham Əliyev də qeyd edib ki, “Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir”. Və Azərbaycanın iqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Bundan əlavə, respublikanın çəkdiyi bütün məsrəflərə baxmayaraq qeyd olunan bu cür artım onu deməyə əsas verir ki, Azərbaycan burada da nümunə göstərib. Azərbaycanın öz resurslarına arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşdur və iqtisadi cəhətdən heç kimdən asılı deyil. Cənab İlham Əliyevin dediyi kimi: “ İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin”. Vaxtı ilə “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər Heydər Əliyev böhran vəziyyətində olan ölkə iqtisadiyyatının dirçəldilməsi və sosial-iqtisadi yüksəlişə nail olunması üçün məqsədyönlü siyasət həyata keçirmişdir. Müasir dövrdə müstəqil Azərbaycan dövlət başçısı İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəliləyir. Son 30 ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı ümumilikdə 4,9 dəfə, o cümlədən sənaye istehsalı 1,9 dəfə, kənd təsərrüfatı istehsalı 2,6 dəfə, bu illər ərzində ölkədə 190 mindən çox müəssisə yaradılmış, xarici ticarət əlaqələri qurulmuş ölkələrin sayı 60-dan 193-ə yüksəlmiş, Azərbaycan valyuta ehtiyatı olmayan ölkədən 68,5 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatına sahib ölkəyə çevrilmiş, 2005-2007-ci illərdə iqtisadi artım üzrə dünyada liderliyini təmin etməklə aşağı gəlirli ölkələr qrupundan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmuşdur. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təqribən üçdə iki hissəsini Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan xaricə 35,1 milyard ABŞ dolları həcmində birbaşa investisiya yönəltməklə dost ölkələrin iqtisadiyyatına sərmayə yatıran ölkə, etibarlı sərmayədar kimi tanınmışdır. Və xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan heç bir yerdən yardım almır, əksinə, xarici borcu azaldır. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edilməsi üçün mühüm bir fürsətdir.
Prezident İlham Əliyev müşavirədə çıxışında neft sektorundakı vəziyyətə, xüsusilə də son illərdə müşahidə olunan neft hasilatının azalmasına toxunaraq, bu vəziyyətin ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərdiyini də vurğuladı. Azərbaycan itkilərini qeyri-neft sektorunda inkişafı ilə kompensasiya edə bildi. Dövlət başçısı hasilatın azalmasını təbii proses hesab etmir və bunu xarici tərəfdaşlara açıq şəkildə bildirmişdir: “ Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq”. Doğrudan da, son bir-iki ildə Azərbaycanda neft hasilatının azalması ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Bu fakt düşmənləri sevindirdi, onlar yekdilliklə bəyan etdilər ki, ölkənin neft ehtiyatları quruyur və onlarla birlikdə Azərbaycanın iqtisadi qüdrəti də zəifləyəcəkdir. Lakin, “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü günü baş verən hadisələr göstərdi ki, ölkənin karbohidrogen sənayesinə son qoymaq hələ tezdir və Azərbaycan ehtiyatlarına maraq azalmır, əksinə, artır. Sentyabrın 20-də Dövlət Neft Şirkəti (SOCAR) ilə bp arasında enerji təchizatı təhlükəsizliyinin artırılması məqsədilə apstrim neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın “MOL Hungarian Oil and Gas” arasında “Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında” Anlaşma Memorandumu, Dövlət Neft Şirkəti (SOCAR), bp, MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma sənədi və Dövlət Neft Şirkəti (SOCAR) ilə bp arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” sahəsinə dair Anlaşma Memorandumu imzalandı.
Azərbaycanın yaşıl keçid siyasətini elan etməsi o demək deyil ki, ölkə qlobal tendensiya ilə ayaqlaşmaq üçün onun zərərinə əsassız kəskin addımlar atacaqdır. Azərbaycanın qarşısında hələ həll etməli olduğu çoxlu vəzifələr var və onları həyata keçirmək üçün xeyli vəsait tələb olunur. Həmişə olduğu kimi, öz vəsaiti hesabına həll edəcəkdir. Qarşısında duran vəzifələri Əsas məqsəd iqtisadiyyatın daha da şaxələndirilməsi və davamlı inkişaf modelinin təkmilləşdirilməsidir. Prezident İlham Əliyev müşavirədə bununla bağlı çıxış edərkən həmin məsələləri diqqətə çatdırdı: “İlk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik”. İnsanların həyat şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin daha da gücləndirilməsi dövlət başçımızın hər zaman diqqət mərkəzində dayanır. Bu sahədə keçirilən islahatlar vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşması sahəsində öz müsbət nəticələrini vermişdir. Belə ki, son 30 ildə real ifadədə əhalinin gəlirləri 5,6 dəfə, orta aylıq nominal əməkhaqqı 4,7 dəfə, minimum aylıq əməkhaqqı 4,2 dəfə artmış, işsizliyin səviyyəsi 1999-cu ildəki 12,7 faizdən 5,5 faizədək, yoxsulluq səviyyəsi 2001-ci ildəki 49,0 faizdən 5,2 faizədək enmişdir. Təkcə son 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmuş, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,0 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artmışdır. Bugünədək şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,9 min mənzil və fərdi ev, 7700 avtomobil verilmişdir. Qeyd etmək lazımdır ki, sosial siyasət sahəsində islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Müsbət proqnozlar həm də ölkənin xarici borcunun həcmi ilə bağlıdır. Xarici borcun ÜDM-ə nisbətinə görə Azərbaycan dünya reytinqlərində birinci yerdədir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu da öz növbəsində gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edilməsinə imkan verir.
Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi ölkənin xarici borclanma siyasəti ilə bağlıdır. Bu strategiyaya görə, Azərbaycan borcları artırmaqda maraqlı deyil və daxili imkanlarla dolanmağa çalışır. Çünki xarici borcun aşağı səviyyədə olması ölkə üçün daha çox manevr imkanları açır. Xarici borcun aşağı olması da dövlətin iqtisadi müstəqilliyinin və nəticə etibarı ilə siyasi müstəqilliyinin tərkib hissələrindən biridir.
Qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində bir çox stimullaşdırıcı layihələr həyata keçirilir. Əlverişli investisiya mühitinə siyasi sabitlik və proqnozlaşdırılan vəziyyət, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyimizin tam bərpa edilməsi xarici investorların ölkəmizə olan münasibətini daha da yaxşılaşdırmışdır. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişafı və şaxələndirilməsi istiqamətində görülən işlər qlobal çağırışlar şəraitində belə sabitliyi qoruyub-saxlamaq və gələcəyə inamla baxmaq mümkün olduğunu hər dəfə bütün dünyaya nümayiş etdirir.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65